Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

Həkim 1000 manat rüşvət almaq ittihamı ilə tutulub


Arxiv foto
Arxiv foto
-

2-ci qrup əlilliyin təyin edilməsinə 1000 manat...

Baş Prokurorluğun internet saytında yayılan rəsmi məlumata görə Tovuz rayonunda vətəndaşa əlillik dərəcəsi verilməsi üçün ondan 1000 manat rüşvət alan vəzifəli şəxslər tutulub. Məlumatda deyilir ki, rayon sakini Cəfər Yusifov prokurorluğun 161 nömrəli qaynar xəttinə zəng edərək ondan rüşvət tələb edildiyini bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun əlillik dərəcəsi verilməsi üçün Cəfər Yusifovdan 1000 manat rüşvət istəməsi barədə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla əlbir şəkildə xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin əvəzinə 1000 manat rüşvət alıb.

Buna görə onlara Cinayət Məcəlləsinin rüşvət almağı nəzərdə tutan 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.”

Məhkəmə də həkimləri günahkar saysa, onlar əmlakı müsadirə olunmaqla 8 ildən 12 müddətə qədər azadlıqdan məhrum edilə bilərlər.

Əlilliyi təzədən təsdiq etməyə 400 manat alıblar?

Hələlik prokurorluğun bu rəsmi məlumatında adı çəkilən şəxslərin yaxınları, ya da vəkillərinin ittihamla bağlı hər hansı münasibətləri məlum deyil.

Baş Prokurorluğun rəsmi məlumatına görə qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev də 400 manat rüşvət almağa görə Don't Miss tutulub. Rəsmi xəbərdə deyilir: İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müayinədən keçirilib əlillik dərəcəsinin təsdiq edilməsi keçən ilin oktyabrında 500 manat tələb edib. Bir gün sonra isə komissiya üzvlərinin xidməti otağında 400 manatı rüşvət kimi alıb. Buna görə Vahid Gülmalıyevə qarşı Cinayət Məcəlləsinin rüşvət almağı nəzərdə tutan 311.1-ci maddəsi ilə ittiham elan olunub. O, həbs edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.”

İndi hakim də onu günahkar saysa, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırıla bilər.

Hüquq məsləhətxanasının müdiri də tutulub

Digər bir cinayət işi də külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə başlanıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində verilən məlumata görə Cəlilabada rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev bir neçə nəfərdən pul alaraq onların məsuliyyətdən azad ediləcəyinə vəd verib: “Xandadaş Əliyev 2005-2010-cu illərdə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya xeyirlərinə qərarların çıxarılması barədə yalan vədlər verməklə onlardan pul alıb.

Buna görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və Xandadaş Əliyev təqsirləndirilən şəxs kimi saxlanıb. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.”
Hakim də Xandadaş Əliyevi günahlı bilsə, o, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bakıda isə məktəb tikən iş icraçısı saxlanıb

Bundan başqa, Bakının Badamdar qəsəbəsində bir məktəbijn tikintisində dövlət pulunu mənimsəmə ittihamı ilə "SNT-İnşaat" firmasının iş icraçısına cinayət işi qaldırılıb. Prokurorluğun rəsmi məlumatında qeyd edildiyinə görə həmin şirkət 2007-ci ildə 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət pulunun mənimsənməsi barədə cinayət işi başlanıb:

“İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə talama məqsədi ilə 2006-2007-ci illər ərzində tikintisi ona həvalə edilmiş 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşası zamanı müxtəlif vaxtlarda 23.157 manat pulu mənimsəyib.

Ona qarşı külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan 179.3.2-ci maddə ilə ilə ittiham elan olunub. İşin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.”
Hakim də iş icraçısını bu işdə suçlu bilsə, o, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Hələlik prokurorluğun rəsmi məlumatında ittiham olunan adamların heç birinin yaxınları və ya vəkillərinin münasibəti məlum deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG