Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 09:26

25 rayonda yeni internet layihəsi başlanıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi bir sıra rayonların genişzolaqlı internet xidməti ilə təmin edilməsi layihəsinə start verib.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın 25 rayonunun 236 kəndi 1,4 min km optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək: «Artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə start verilib».

Layihənin icrası ilə əlaqədar «Aztelekom»un elan etdiyi tenderin qalibi Çinin «Huawei» şirkətidir.
XS
SM
MD
LG