Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Xarkovdakı çadır yığışdırılacaq


Xarkov inzibati məhkəməsi Batkivşina partiyasının çadır düşərgəsinin yığışdırılması ilə bağlı şəhər rəhbərliyinə müraciət edib.

Həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun tərəfdarları Xarkovda onun saxlandığı həbsxananın ətrafında çadır düşərgəsi salıblar. Tərəfdarları düşərgədə liderlərinə dəstək olaraq məktub və teleqram toplanacağını bildirmişdi.

Hazırda 7 illik həbs cəzası çəkən keçmiş baş nazirə qarşı başqa ittihamla istintaq işi açılıb.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşma ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.
XS
SM
MD
LG