Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29

HƏMAS İsraillə danışıqları mənasız sayır


HƏMAS çərşənbə axşamı Ammanda İsrail-Fələstin danışıqlarının bərpasını boş-boşuna vaxt aparmaq hesab edir.

Təşkilatın nümayəndəsi Fauzi Berhum (Fawzi Barhoom) bu danışıqların Fələstin xalqının ümidlərinə zidd olduğunu deyir.

Danışıqlara vasitəçilik edən ABŞ,Avropa Birliyi, BMT və Rusiya İsraillə Fələstin muxtariyyəti arasında birbaşa dialoqa nail olmağa çalışırlar.

Hazırda Qəzzə bölməsinə HƏMAS, İordan çayının qərb sahilinə isə prezident Mahmud
Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı nəzarət edir.

İsraili tanımayan HƏMAS onunla danışıqlara qarşı çıxır.
XS
SM
MD
LG