Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Azərbaycanın adı ən pislərin onluğunda


Arxif foto. Jurnalistlərin mediaya azadlıq tələbilə keçirdikləri aksiyalardan biri. 25 noyabr 2006
Arxif foto. Jurnalistlərin mediaya azadlıq tələbilə keçirdikləri aksiyalardan biri. 25 noyabr 2006
Beynəlxalq Mətbuat İnstitutu ötən il söz azadlığının daha çox pozulduğu 10 ölkə ilə bağlı hesabat hazırlayıb. Hesabat "Qərbin "dostları" və mətbuat azadlığının düşmənləri" adlanır.

QORXU MÜHİTİ

Qurum bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev ərəb ölkələrindəki inqilablardan ruhlanıb küçələrə çıxmış insanların etiraz aksiyalarını zor gücünə dağıdıb. Bir sıra jurnalistlər həm etirazlar zamanı, həm də digər situasiyalarda döyülüblər.

Publisist Rafiq Tağı noyabrın 19-da Bakıda evinin yaxınlığında bıçaqlanıb, dörd gün sonra isə xəstəxanada vəfat edib. Beynəlxalq Mətbuat İnstitutu qeyd edir ki, şayiələrə görə, onu İran hökumətinə qarşı məqaləsinə görə öldürüblər:

“Jurnalistlər qorxunun hakim olduğu mühitdən, çoxlu təqib hallarından danışırlar.

Bunların ən qəddarı ötən ilin iyununda “The Washington Post” və “The New York Times” qəzetləri ilə əməkdaşlıq edən amerikalı jurnalistin və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun britaniyalı nümayəndəsinə qarşı hücumdur. Onlar azadlığa buraxılmış yerli jurnalist Eynulla Fətullayevlə görüşdən sonra hücuma məruz qalıblar”.

Amma qurum hesabatda Qərbin Azərbaycan hökuməti ilə dostluq etdiyini vurğulayır.

Qeyd edilir ki, Azərbaycan NATO ilə əməkdaşlıq edir, son illərdə alyansın İraq və Əfqanıstandakı missiyaları üçün yükdaşınmalarına dəhliz verib, təyyarələri yanacaqla təchiz edib, terrorçuluqla mübarizə üçün Qərblə informasiyalarını paylaşıb.

PAKİSTAN - JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ ÖLKƏ

O ki qaldı hesabatda adı çəkilən başqa ölkələrə, Beynəlxalq Mətbuat İnstitutu bildirir ki, Əfqanıstanda ən müxtəlif mövqeləri müdafiə edən media orqanları yaransa da, jurnalistlər hücumlara, senzuraya məruz qalır, oğurlanır. Jurnalistləri qorumaq üçün hər hansı mexanizm yoxdur.

Qazaxıstanda rəsmi olaraq senzura mövcud olmasa da, “Respublika” adlı müstəqil qəzet axır il yarımda çap olunmağa yer tapa bilməyib. Qəzet müxtəlif yerlərdə kustar üsulla çap edilib və tirajının yalnız bir hissəsi oxuculara çatıb.

Sənədə görə Asiyada Pakistan jurnalistlər üçün ən təhlükəli yerdir. Beynəlxalq Mətbuat İnstitutu bildirir ki, 2011-ci ildə orada 6 jurnalist fəlaiyyəti ilə əlaqədar oğurlanıb.

Ötən ilin iyulunda Türkmənistan paytaxtı Aşqabadda baş verən partlayışda rəsmi versiyaya görə 15 nəfər ölüb, amma müstəqil mənbələr ölü sayının 200-ə çatdığını bildiriblər.

Hökumət mediası bunu “kiçik sənaye partlayışı” kimi təqdim etsə də, bloggerlər Internet vasitəsilə həqiqəti üzə çıxarıblar. Bundan sonra polis faciə barədə İnternetə şəkillər və video yerləşdirmiş blogger və müstəqil jurnalistləri sorğu-suala çəkib.

Beynəlxalq Mətbuat İnstitutu bildirir ki, Özbəkistan prezidenti İslam Kərimov isə İslam terrorizmi ilə mübarizə bəhanəsi ilə dəfələrlə dinc nümayişçilərə zor tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG