Rusiyanın nüfuzlu nəşrlərindən olan “Независимая газета” ötən ilin ən yaxşısı saydığı kitabların adlarını açıqlayıb:
Qəzet ilk olaraq Viktor Pelevinin “S.N.U.F.F.” roman-utopiyası və Yuri Mamleyevin “После конца” (Sondan sonra) roman-antiutopiyasını qeyd edir.
“S.N.U.F.F.” romanının süjeti iki utopik ölkənin münasibətləri ətrafında cərəyan edir.
Bunlardan biri “ork” adlı məxluqların yaşadığı Urkaina, digəri isə “insanlar”ın yaşadığı Bizantium-dur.
Urkaina texnoloji cəhətdən geridə qalmış və əhalisi “yuxarı rus” dilində danışan ölkədir. Bizantium isə əksinə texnoloji cəhətdən inkişaf etmiş və əhalisi “ingilis dilinə oxşar” dildə danışan “demokratura”dır.
Amma Bizantium məkan darlığından əziyyət çəkir, orada insanlara 46 yaşına qədər cinsi əlaqəyə girmək qadağandır. Buna görə də bir çox insanlar robot-kuklalarla yaşayır.
Baş qəhrəman Demyan-Landluf Damiola Karpov adlı insandır. O irqlər arası müharibə zamanı pilotsuz təyyarənin operatoru kimi çalışır. Şəxsi həyatında isə Kaya adlı kukla ilə yaşayır.
Romanda müasir Rusiyanın sosial və siyasi vəziyyətinə, eləcə də Rusiya ilə Qərb arasındakı münasibətlərə satirik yanaşma var.
Romanın mətnində çoxlu küçə söyüşü, eləcə də ingilis və rus sözlərindən düzəldilmiş ifadələr yer alıb.
Yuri Mamleyevin «После конца» romanı müasir antiutopiyadır. Əsərdə gələcəkdə insanlığın başına gələcək antropoloji fəlakətdən danışılır.
Mutasiya nəticəsində insanlar yeni bir canlı növünə çevrilirlər. Həmin növ artıq insan
özəlliklərinə malik deyil.
Bu yeni dünyada hər şey absurd səviyyəsinə çatıb. Bu dünyanın sakinləri də fantasmaqorik cizgilərə sahibləniblər.
Oxucu bir-bir yeni cəhənnəmin bütün qatlarından keçir və müəllifin Yaradandan düşkün bəşəriyyətin günahından keçmək xahişli dualarını eşidir. Bəlkə də əbəs yerə...
Qəzetdə ən yaxşı əsərlər kimi daha sonra aşağıdakı bədii və publisistik kitablara diqqət çəkilir.
Егор Радов, «Уйди-уйди»,
Людмила Улицкая, «Зеленый шатер»,
Михаил Елизаров, «Бураттини. Фашизм прошел»,
Александр Васькин, «Спасти Пушкинскую площадь»
Всеволод Емелин, «Песни Сольвейг»
Марина Степнова, «Женщины Лазаря»,
Юрий Трифонов, Полное собрание сочинений,
Николай Байков, «В горах и лесах Маньчжурии»,