Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

Venesuela Exxona 908 milyon təzminat ödəməlidir


Beynəlxalq arbitraj məhkəməsi olan Beynəlxalq Kommersiya Palatası bildirib ki, Exxon Mobil neft şirkəti Venesueladan 908 milyon dollar kompensasiya almalıdır.

Bu pul prezident Hugo Chavezin Sosialist hökumətinin Exxona məxsus mülkiyyəti milliləşdirməsinə görə verilməlidir.

Beynəlxalq Kommersiya Palatası məhkəməsinin qərarı məcburidir.

Venesueladakı Orinoko kəməri adlı layihə 2007-ci ildə milliləşdirildi. Buna görə, Exxonun Venesueladan nə qədər pul istədiyi indiyə kimi bilinmirdi.
XS
SM
MD
LG