Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:11

Dünya yeni ili qarşıladı


Bazar gününə keçən gecə dünya yeni ili qarşıladı.

Yeni il axşamı Avstraliyanın paytaxtı Sidneydə “Arzu vaxtıdır” adı altında möhtəşəm şənlik, atəşfəşanlıq keçirilib.

Dubayda isə dünyanın ən hündür binası bəzədilib.

Tokianın mərkəzində göyə üzərinə arzu, istəklər yazılmış hava şarları buraxılıb.

Londonda Temza sahilinə 250 min adam yığışıb.

Nyu-Yorkun Tayms meydanında isə havaya ənənəvi olaraq 30 min işıqla bəzədilmiş xrustal şar buraxılıb.

Həmçinin Bakı, Berlin, Praqa, Moskva və dünyanın digər şəhərlərində yeni ili meydan və küçələrdə minlərlə adam qarşılayıb.
XS
SM
MD
LG