Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 06:01

Moskvada müxalifətin mitinq keçirməsinə imkan verilməyib

Moskva polisi müxalifətin Triumf meydanında mitinq keçirməsinə imkan verməyib.

Polis meydana gedən yolları qabaqcadan bağlayıb.

Təkcə AzadllqRadiosunun müxbirinin gözü qarşısında 10-12 adam saxlanıb.

“Başqa Rusiya” partiyasının lideri Eduard Limonov da saxlananlar arasındadır.

Həmçinin Sankt Peterburqda mitinq keçirmək istəyən bir neçə müxalifət fəalının saxlandığı xəbər verilir.

“Strategiya 31” adlı aksiyanı qeydiyyata alınmamış “Başqa Rusiya” partiyası, “Həmrəylik”, “Birləşmiş vətəndaş Cəbhəsi” və “Sol cəbhə” hərəkatları təşkil ediblər.
This item is part of
XS
SM
MD
LG