Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Avropa Birliyinə sədrlik Danimarkaya keçir


Bu gün Polşanın Avropa Birliyinə sədrliyi sona yetir.

Polşa avrozonaya daxil olmasa da, Avropa Birliyinin qaydalarında dəyişiklik və sabitlik fondunun yaradılması da daxil olmaqla, vahid Avropa valyutasının möhkəmləndirilməsilə bağlı kəskin iqtisadi tədbirləri dəstəkləyir.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo bildirib ki, Polşa bu müddət ərzində özünü əsil avropalı kimi apardı.

Avropa Birliyinə sədrlik yanvarın 1-dən Danimarkaya keçir.

Danimarkanın Avropa məsələləri üzrə Nikolay Vammen bildirib ki, Kopenhagenin əsas vəzifəsi Avropa Birliyini qorumaq və bu yaxınlarda maliyyə sabitliyi ilə bağlı tədbirləri qəbul etməyən Böyük Britaniya ilə münasibətləri yaxşılaşdırmaq olacaq.
XS
SM
MD
LG