Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:23

ABŞ İrana xəbərdarlıq edib


ABŞ-ın Fars körfəzindəki 5-ci hərbi dəniz donanması bəyan edib ki, İranın Hörmüz boğazını bağlamasına imkan verməyəcək.

İranın 1-ci vitse-prezidenti Mohammad Reza Rahimi ötən çərşənbə axşamı bəyan edib ki, əgər İrana qarşı yeni sanksiyalar tətbiq edilsə Tehran Hrmüz boğazında neft tankerlərinin hərəkətini dayandıracaq.

Həmçinin İran hərbi dəniz donanmasının baş komandanı admiral Habibullah Sayari cümə axşamı bu planı təsdiqləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı son hesabatından sonra Tehrana qarşı yeni sanksiyaların mümkünlüyü daha da artıb.

Agentliyin hesabatında İranın nüvə proqramı üzərində işləməsinin əlamətləri olduğu bildirilir.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG