Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Hərbçilərə pulsuz ev veriləcək


Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər.

Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılıb. Komissiyaya maliyyə naziri Samir Şərifov sədr təyin olunub.

Komissiya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almalı, hazırlanmış siyahını Maliyyə Nazirliyinə təqdim etməli, görülən işlər barədə Azərbaycan Prezidentə məlumat verməlidir.
XS
SM
MD
LG