Keçid linkləri

2026, 19 Aprel, bazar, Bakı vaxtı 22:14

Maştağada bomba həyəcanı

Bakının Maştağa qəsəbəsində bomba həyəcanı yaşanıb.

Bu barədə «APA»ya Səbail rayon Polis İdarəsindən bildirilib.

Gecə naməlum şəxs Səbail rayon Polis İdarəsinə taksofondan zəng edərək, «Maştağa qəsəbəsində bombalar var» deyərək dəstəyi asıb.

Araşdırmalar zamanı, zəngin Göyçay rayon sakini Orxan Həbullayev tərəfindən edilməsi müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində o, tutulub.
This item is part of
XS
SM
MD
LG