Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Pakistan Benazir Bhuttonu anır


Pakistan müxalifət lideri, ölkənin keçmiş baş naziri Benazir Bhuttonun ölümünün 4-cü ilini qeyd edir.

O, 2007-ci ii dekabrın 27-də Ravaloindi şəhərində intiharçının bomba partlatması nəticəsində öldürülmüşdü.

Onun əri, Pakistanın hazırkı prezidenti Asif Ali Zardari Bhuttonun doğma şəhəri Garhi Khuda Bakhshdədir.

Gözlənir ki, o, bu gün vaxtilə Bhuttonun rəhbərlik etdiyi Pakistan Xalq Partiyasının yüzlərlə işçisinə müraciət etsin.

Yayılan bəyantda Zardari bildirib ki, Bhuttonun haqqını ödəmək üçün ən yaxşı yol "ölkədə demokratiyanı müdafiə etmək, qoruyub saxlamaq və buna mane olanları dəf etməkdir".
XS
SM
MD
LG