Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Dmitri Medvedev: «Razılığa gəlmək lazımdır, alternativ yoxdur»


D.Medvedev
D.Medvedev
«Qarabağ münaqişəsinin həllində bir yol var - razılığa gəlmək lazımdır».

Bunu Rusiya prezidenti Dmitri Medvedev AzTv-nin Qarabağ münaqişəsinin həlli yolları barədə sualına cavabında deyib.

Rusiya prezidenti deyib ki, alternativ yoxdur:

«Alternativ yalnız pis müharibədir. Perspektivlərə gəldikdə, son bir neçə ildə üçtərəfli formatda 8 görüş keçirilib. Azərbaycan, Ermənistan və Rusiya liderləri görüşüblər. Fikrimcə, bu, böyük, yaxşı iş olub. Çünki mövqeləri yaxınlaşdırmaq mümkün olub. Bu, dəqiqdir».

D.Medvedev deyib ki, vasitəçilərin missiyası bu cür danışıqlarda iştirak etməkdən ibarətdir.

«Bu yaxınlarda bu mövzuda Minsk Qrupunun digər iştirakçıları - prezidentlər ObamaSarkozy ilə danışmışam. Mənim cavabım belədir: son bir neçə ildə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün çox şeylər edilib. Razılığa gəlmək perspektivləri sözsüz ki, var. Mən bu barədə dəfələrlə demişəm. Fikrimcə, bu, bəlkə də postsovet məkanında yeganə münaqişədir ki, hazırda onu həll etmək mümkündür. Hər şey tərəflərin xoş məramından, onların bir-birinin arqumentini dinləmək istəyindən asılıdır. Açıq deyək ki, asan qərarlar olmur. Yalnız kompromis əsasında razılığa gəlmək olar. Yəni, hər tərəf öz yolunu keçməlidir. Rusiya bundan sonra da buna yardım edəcək», - deyə Rusiya prezidenti bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG