Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 19:16

Medvedev: “Müharibə Əliyev və Sarkisyana dəsr oldu" (VİDEO)


Medvedev: “Müharibə Əliyev və Sarkisyana dərs oldu"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Rusiya prezidenti deyir: "Prezidentlər mənə bildirdilər ki,5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda sonsuz danışıqlar aparmaq daha yaxşıdır."

Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş münaqişə Azərbaycan və Ermənistan prezidentləri üçün ciddi dərs oldu:

“Gürcüstandakı münaqişədən az sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Soçiyə gəlmişdilər.

Bilirsinizmi, onlar mənə nə dedilər? Dedilər ki, bu çox pis hadisədir, Qafqaz üçün pis hadisədir.

Amma onların hər biri onu da əlavə etdilər ki, bu həm də onlar üçün müəyyən mənada bir dərs oldu. Prezidentlərin mənə dedikərinə görə, 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda sonsuz şəkildə danışıqlar aparmaq daha yaxşıdır.

Bu onlar üçün çox ciddi bir dərs oldu”.

Medvedev bunu Rusiyanın «Эхо Москвы» radiosu, «Russia Today» telekanalı və Gürcüstanın «Первый информационный кавказский» televiziyasına müsahibsində bildirib.

Rusiya prezidenti bildirib ki, əgər Gürcüstan prezidenti Saakaşvili “bir az ağılılı olsaydı, biz Soçidə ya başqa yerlərdə görüşüb beləcə oradakı münaqişənin də həll yolu axtarardıq”.

Avqustun 9-da Azərbaycan prezidenti İ.Əliyev Rusiya prezidenti D.Medvedevlə görüşmək üçün Soçiyə gedəcək. Səfər Rusiya prezidentinin dəvəti ilə baş tutacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG