Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Hüquq müdafiəçiləri Təzəxan Mirələmliyə baş çəkiblər


Dekabrın 20-də bir qrup hüquq müdafiəçisi və jurnalist AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin həbs şəraiti ilə tanış olmaq üçün Bakıdan Lənkərana gedib.

T.Mirələmli xuliqanlıq ittihamı ilə 10 sutka həbs alıb. Dekabrın 15-də Lənkəranda onun qətldə təqsirləndirilən azyaşlı oğlunun mühakiməsi başlayıb. Məhkəmə prosesindən sonra oğlu ilə görüş tələb edən atayla polis arasında mübahisə düşüb.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov dekabrın 20-də T.Mirələmlinin Masallı rayon polis şöbəsində saxlanan oğlu Vasif Mirələmli ilə görüşüb. V.Mirələmli məhkəmədə nə baş verdiyini xatırlamadığını bildirib.

8-ci sinif şagirdi olan V.Mirələmli 10-cu sinif şagirdi Cavanşir Həsənlini öldürməkdə ittiham olunur. Hadisə bu il aprelin 5-də baş verib.
XS
SM
MD
LG