Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 06:12

NATO gecə əməliyyatlarını davam etdirəcək


NATO qüvvələri hakimiyyətin etirazlarına baxmayaraq Əfqanıstanda yaraqlılara qarşı gecə əməliyyatlarını davam etdirəcək.

Bu bəyanatla NATO-nun Əfqanıstandakı komandanlığının rəhbəri Carsten Jacobson çıxış edib.

NATO komandanlığı bildirir ki, bu cür əməliyyatlar talibançılara və onların tərəfdarlarına qarşı aparılan ən təhlükəsiz tədbirdir.

Əfqanıstan prezidenti Hamid Karzai bu cür əməliyyatların keçirilməsinə etiraz eləmişdi.

Yacobson deyib ki, belə əməliyyatlarda dinc adamlar arasında qurbanlar 1 faizdən də az olur.
XS
SM
MD
LG