Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:41

Suriyada daha 20 nəfər həlak olub


Bazar günü Suriyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində azı 20 nəfər həlak olub.

Hüquq müdafiəçilərinin məlumatına görə, ölkənin şimalındakı Al-Kuseir şəhərində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən döyüşlər nəticəsində 6 hərbçi ölüb. Türkiyəyə ilə sərhəddəki İdlib əyalətinin kəndlərində də döyüşlərin getdiyi bildirilir.

Hüquq müdafiəçiləri Homs və İdlib əyalətlərində 14 dinc nümayişçinin öldürüldüyünü bildirib.

Mart ayından prezident Bashar Assad əleyhinə keçirilən etiraz aksiyalarında 5 min adamın öldüyü bildirilir.
XS
SM
MD
LG