Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Şimali Koreyanın lideri Kim Jong-Il ölüb


Şimali Koreyanın lideri Kim Jong-Il dekabrın 17-də 69 yaşında ölüb. Onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb.

Xəbərdə Kim Jong-Ilin həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib.

Onun qatarla səyahət zamanı ürək tutmasından vəfat etməsi haqqında da xəbərlər var.

Bu gün Şimali Koreyada Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək. Hakimiyyətin artıq onun üçüncü oğlu Kim Jong-Una ötürülməsi prosesi başlanıb. Atası onu 2009-cu ildə varis elan etmişdi.

Kim Jong-Il hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim Il Sungun ölümündən sonra gəlmişdi.

Dövlət televiziyası bildirib ki, Kim Jong-İlin dəfni dekabrın 28-də Pyongyangda keçiriləcək.
XS
SM
MD
LG