Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:41

Prezident qızı yeni reklam çarxında


"Eurovision - 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı hazırlanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Azərbaycanı tanıtdıran videoçarxda prezident İlham Əliyevin qızı Leyla Əliyeva çəkilib.

İki dəqiqəlik çarx Rusiyanın "Shandesign" studiyası tərəfindən hazırlanıb.

Reklam çarxında Azərbaycanın təbii sərvətləri nümayiş etdirilir və ölkəin "Odlar Yurdu" adlandırılmasının tarixindən bəhs edilir. O cümlədən, Azərbaycan xalçaları, milli musiqi alətləri, məşhur Qarabağ atları, qədim memarlıq abidələri və müasir inşaat layihələri, turizm üçün əlverişli məkanlar video-çarxda təsvir olunub.
XS
SM
MD
LG