Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Züqanovun Rusiya prezidentliyinə namizədliyi irəli sürülüb


Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun 2012-ci ilin martında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb.

Qərar partiyanın bügünkü qurultayında qəbul olunub.

Siyadıda başqa namizəd olmayıb.

Züqanov qurultayda çıxış edərkən indiki hakimiyyətin yeritdiyi sosial-iqtisadi siyasəti tənqid edib.

O qeyd edib ki, hakim Vahid Rusiya partiyası iqtisadi böhranla mübarizədə uğurlar olduğunu deməklə vətəndaşları aldadır.

O həmçinin bildirib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması, xarici istehsalçıların Rusiya bazarlarında hökmüranlığına səbəb olacaq.

O həmçinin prezident seçiləcəyi halda yeni Duma seçkisi keçirəcəyini vəd edib.
XS
SM
MD
LG