Prezident İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"AzərTac"-ın məlumatına görə, dekabrın 16-da imzalanmış sərəncamda qeyd olunur ki, paytaxtda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılsın. Sərəncamda həmçinin Maliyyə Nazirliyinə müvafiq tapşırıq da əksini tapıb.