Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 15:02

Qazaxıstanda etirazda ölənlər 10 nəfərdir

Qazaxıstanın neft şəhərciyi olan Janaozendə polislə neft işçilərinin toqquşmalarında 10 etirazçı ölüb.

Bunu Qazaxıstanın baş prokuroru Askhat Daulbayev deyib.

Baş prokuror nümayişçilərə atəş açılması fikirlərini isə təkzib edib.

Dövlət neft şirkəti olan KazMunaiGasın işçiləri maaşlarının qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Etirazlar 6 ay bundan qabaq başlanıb.

Tətilə çıxdığına görə yayda min adam işdən çıxarıldı, ancaq nümayişlər davam edirdi.
This item is part of
XS
SM
MD
LG