Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:38

İstanbul məscidlərinin çoxunda qadınlar üçün ayaqyolu da yoxdur...


Foto: Arxiv
Foto: Arxiv
Bu ilin mart ayından bəri Türkiyənin baş dini idarəsi – Diyanət Bakanlığı İstanbulun məscidlərində yoxlamalar aparıb.

Yoxlamaların bir məqsədi olub: Paytaxtın 3 mindən çox məscidində qadınların ibadət etməsi üçün yerlərin vəziyyəti necədir?

“Toplanan məlumatlar şökasalıcıdır” – bunu İstanbul müftisinin müavini Kadriye Avci Erdemli deyir.

Onun sözlərinə görə, məscidlərin çoxunda qadınların ibadəti üçün yerlər olsa da, onlar ya çox kirlidir, ya da anbar kimi istifadə edilir.

“Oraya müxtəlif əşyalar yığılır. Məsələn, təmizləyici vasitələr... Qadınlar üçün ayaqyölu yoxdur”.

Erdemli deyir ki, bu vəziyyət dözülməzdir: “Allah qarşısında qadın və kişi bərabərdir. Onların ibadəti üçün də bərabər şərait yaradılmalıdır”.

RUHANİLƏR İSLAHATLARIN ÖNÜNDƏ

Bu, yoxlamalar Erdemlinin şəxsi təşəbbüsü deyil. İslahatları ölkənin baş dini idarəsi - Diyanet Bakanlığı başlayıb.

Dini ekspert, professor Gozaydin deyir ki, əvvəllər Diyanet Bakanlığı məscidlərdəki vəziyyətə, dini ayinlərin icrasına ümumi nəzarət edirdi. İndi isə konkret insanlar, o cümlədən qadınları narahat edən məsələlərlə də məşğul olmağa çalışır:

“Son on ildə biz Diyanet Bakanlığında da əvvəlkinə nisbətən daha çox qadının daimi vəzifələrə cəlb edildiyini görürük”.

Türkiyədə İslami köklərə malik Ədalət və İnkişaf Partiyası artıq xeyli müddətdir ki,
hakimiyyətdədir və getdikcə daha çox dindar qadın məsul vəzifələrə təyin edilir, cəmiyyətdə aparıcı mövqe tutur və onların məscidlərdəki ibadət şəraiti ilə bağlı standartları yüksəlir.

MÜHAFİZƏKARLAR NARAZIDIR

Amma cəmiyyətdə bu məsələdə mühafizəkar mövqedə duranlar da var.

Məsələn İstanbuldakı dükanlardan birinin sahibi, 52 yaşlı Mehmet Gül belələrindəndir:

“Qadının yeri evdir. Onlar ibadəti də evdə etməlidir. Məscidlər heç ibadətə gələn kişiləri tutmur. Belə olan vəziyyətdə üstəlik qadınların da ibadətə gəlməsi yaxşı deyil”.

Amma Diyanet Bakanlığının təşəbbüsü ilə başlanan islahatlarda çoxluğu narahat edən məqam da var. Məsələn, məscidlərdə kişi və qadın dindarları ayıran pərdələrin götürülməsi təşəbbüsü ilə bağlı. Bir çoxları bunun əleyhinədir.

Adının çəkilməsini istəməyən bu qadın İstanbulda Azadlıq Radiosunun müxbirinə deyib ki, qadın “məhrəmdir” və kişilər onları görməməlidir.
XS
SM
MD
LG