Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 04:32

Belçikada qatilin evindən qadın cəsədi tapılıb

Belçika polisi dünən Lej şəhərində silahlı hücum və qətl törətmiş Nordin Amraninin evində qadın cəsədi aşkar edib.

45 yaşlı qadın qatilin qonşuluqdakı evlərdən birində xadimə işləyirmiş.

33 yaşlı Amrani şəhərin mərkəzi meydanında ətrafdan ötənləri atəşə tutub, sonra isə qumbaralar atıb.

Nəticədə 4 nəfər ölüb,125 adamsa yaralanıb.

Sonda o özünü də oldürüb.

Polis cinayətin motivini araşdırır.

Amrani bundan əvvəl narkotik və silah saxlamağa görə məsuliyyətə cəlb olunub.

Hakimiyyət bunun siyasi motivli terror aktı olmasının mümkünlüyünü istisna edir.
This item is part of
XS
SM
MD
LG