Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:21

Hillary Clinton: “İrana qarşı təzyiqlərə davam edirik”


ABŞ dövlət katibi Hillary Clinton deyib ki, ABŞ və onların avropalı tərəfdaşları İrana qarşı sanksiyaları tətbiq ediblər və təzyiqlərə davam edəcəklər.

Clinton deyib ki, "İranın tutduğu yol onlar və region üçün təhlükəlidir".

Dövlət katibi bu barədə Britaniyanın xarici işlər naziri William Hague ilə Vaşinqtonda Dövlət Departamentində görüşəndən sonra bildirib.

Ötən həftə Avropa Birliyi liderləri gələn il yanvarın sonuna qədər İrana qarşı daha çox sanksiyalara çağırıblar.

ABŞ və AB İranın nüvə proqramına etiraz edirlər, İran isə uranın zənginləşdirilməsindən yalnız dinc məqsədlər üçün istifadə edəcəyini bildirir.
XS
SM
MD
LG