Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:52

Liviyanın yeni baş komandanına 2 dəfə hücum edilib


İstirahət günləri Liviyada yeni milli ordunun baş komandanı general Xəlifə Xifterə iki dəfə hücum edilib.

Hakimiyyət buna görə cavabdehliyi ordu quruculuğu ilə razılaşmayan Zintan şəhərindən olan keçmiş üsyançıların üzərinə atır.

Məlumatlara görə hərbçilərin keçmiş üsyançıları zəpt etdikləri Tripoli hava limanından çıxarmaq istəməsi münaqişəni daha da kəskinləşdirib.

Şənbə günü ordu komandanına silahlı basqın edilib.
Amma itki olmayıb.

Bundan bir neçə saat sonra isə generalın maşın karvanına edilmiş hücum nəticəsində cangüdənlərdən biri ölüb, 4 nəfərsə yaralanıb.
XS
SM
MD
LG