Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:40

Peterburqda müxalifət hakimiyyətə 8 gün vaxt verib


Sankt-Peterburqda da yerli məclisə keçirilmiş seçkinin nəticələrinin ləğvi tələbilə nümayiş keçirilib.

“Başqa Rusiya” partiyasının Peterburq şöbəsinin rəhbəri Andrey Dimitriev bildirib ki, əgər 8 gün ərzində tələb yerinə yetirilməsə, növbəti bazar günü meydana 10-dəfə çox adam çıxacaq.

Təşkilatçıların sözlərinə görə Peterburq mitinqində 5 minə yaxın adam iştirak edib.

Aksiyaçılar mitinqə əllərində çiçək, geyimlərində ağ lentlə gəliblər.

Polis bundan əvvəl “Vosstaniya” meydanından “Pionersk” meydanına doğru hərəkət edən kütləyə müdaxilə edib, onlarla adam saxlanıb.

Xüsusi təyinatlı polis qüvvələri yolları bağlayıb.
XS
SM
MD
LG