Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:15

İqtisadi böhrana baxmayaraq, dünyada pulköçürməsi artıb


Japan -- A picture illustration shows US 100 dollar bank notes taken in Tokyo, 02Aug2011
Japan -- A picture illustration shows US 100 dollar bank notes taken in Tokyo, 02Aug2011
2011-ci il inkişaf etməkdə olan ölkələrə pul köçürmələrinin 351 milyard dollara çatacağı gözlənir. Dünyanın hər yerində yüksək gəlirli ölkələr də daxil olmaqla pul köçürmələri 483 milyarda çatacaq. Bu barədə Dünya Bankının qlobal miqrasiya və pul köçürmələri ilə bağlı yeni hesabatında deyilir.
Bəzi yüksək gəlirli ölkədə iqtisadi tənəzzülün emiqrant işçilərə təsir etməsinə baxmayaraq, pul köçürmələrinin 2014-cü ilə qədər artacağı gözlənir. Cenevrədə bu gün Miqrasiya və İnkişaf üzrə Qlobal Forumunun 5-ci iclasında açıqlanan Dünya Bankının Miqrasiya və İnkişaf üzrə hesabatında bildirilir ki, pul köçürmələrinin böyük hissəsi inkişafda olan ölkələrin payına düşəcək:
«Baxmayaraq ki, qlobal iqtisadi böhran özəl kapitala təsir edib, inkişaf etməkdə olan ölkələrə pulköçürmələri əksinə bu il 8 faiz artıb», - bunu Bankın Perspektiv İnkişaf qrupunun rəhbəri Hans Timmer deyib. Onun sözlərinə görə, maliyyə böhranı başlayandan bəri ilk dəfədir ki, inkişaf etməkdə olan ölkələrə pul köçürmələri artıb.
Rusiyadan Orta Asiyaya, Körfəz Əməkdaşlığı ölkələrindən Cənubi və Şərqi Asiyaya yüksək pul köçürmələrinə yüksək neft qiymətləri imkan verib.
PROQNOZLAR PULKÖÇÜRMƏDƏ ARTIM OLACAĞINI GÖSTƏRİR
Dünya Bankının inkişaf etməkdə olan regionlar siyahısına aid olan 6 bölgədən 4-nə pulköçürmələri gözləndiyindən daha sürətlə artıb: Avropada çətin iqtisadi şərtlərə baxmayaraq, Orta Asiya və və Şərqi Avropaya 11 faiz, Cənubi Asiyaya 10.1, Şərqi Asiya və Sakit Okean ölkələrinə 7,6 faiz, Sub-Sahara Afrikaya 7,4 faiz pul köçürməsində artım olub.
Bankın proqnozuna görə, pulköçürmələri 2012-ci ilə qədər 7.3, 2013-cü ilə qədər 7.9, 2014-cü ilə qədər isə 8,4 faiz artacaq. Amma beynəlxalq pulköçürmələrinin və miqrasiya axının mənfi tərəfləri də var. Avropa və ABŞ-da işsizliyin davam etməsi mövcud emiqrantların fəaliyyətinə təsir edir, yeni miqrasiya üçün siyasi şərtləri çətinləşdirir. Valyuta kurslarının dəyişkənliyi, neft qiymətlərindəki qeyri-müəyyənlik də pul köçürmələri üçün risklər yaradır.
Əməkçi emiqrantlardan asılı olan bəzi körfəz ölkələri yaxınlarda öz vətəndaşları üçün iş yerlərini qorumaq naminə miqrasiya kvotasını daraldıblar. Hesabatın müəlliflərindən biri, Bankın Miqrasiya və Pulköçürmələri departamentinin meneceri Dilip Ratha deyir ki, belə siyasət uzun müddət inkişaf etmiş ölkələrə pul köçürülməsinə təsir edə bilər. Amma orta müddət üçün riski yoxdur.
Natiq Cəfərli
Natiq Cəfərli
Hesabatda göstərilir ki, bu il Azərbaycana 2 milyard dollar pul köçürməsi olub.
Ermənistana bu il 1milyarddan artıq, Gürcüstana isə bir milyard dollara yaxın vəsait köçürülüb.
AZƏRBAYCANA GÖNDƏRİLƏN PUL SOSİAL GƏRGİNLİYİ AZALDIR
Azərbaycana xaricdən göndərilən vəsaitlə yerli hökumətin təqaüdçülər üçün ayırdığı məbləği müqayisə edən iqtisadçı Natiq Cəfərli deyir ki, xaricdən gələn vəsait daha artıqdır və ölkədə sosial gərginləşmənin qarşısını alır.
Natiq Cəfərli hesab edir ki, Dünya Bankının hesabatında göstərilən məbləğ heç də reallığa uyğun deyil. Onun fikrincə, xüsusilə Rusiyada işləyənlərin çoxu yaxınlarına pul göndərmək üçün qeyri-bank yolunu seçirlər. «Real pul köçürülməsi bəlkə də iki dəfə çoxdur», - N,Cəfərli deyir.

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG