Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Azərbaycanda Aşura mərasimləri keçirildi [Video]


Azəbaycanda Aşura mərasimləri keçirildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid

Dekabrın 6-da paytaxt Bakıda və Azərbaycanın rayonlarında Aşura mərasimləri olub.

«Qışın bu oğlan çağı, günün bu cür istisinə, havanın sakit olmağına, camaata soyuq olmamaq üçün Allahın böyük möcüzəsinə, Onun bildiyinə hamımız bir adam kimi şükür etməliyik».

Nardaranda dindarlar Aşura mərasiminə havanın xoş keçməsinə şükürlə başlayıblar. Dekabrın 6-da Nardaran Pirinə yığılan minlərlə dindar oxunan ayələrə qulaq asır, zəncir vurur və deyilən şüarları təkrar ediblər.

«NƏBADƏ SAÇINI NAMƏHRƏMƏ GÖSTƏRƏSƏN»

Moizə oxuyanlar qadınlara hicabla bağlı müraciət də edib:

«Analarımız, bacılarımız, istəyirsən cənabi-Zeynəb kimi iffətli olasan, nəbadə başını açasan, nəbadə tükünü, saçını naməhrəmlərə göstərəsən».

Bundan başqa Nardaran axundları Liviya, Misir, İraqın keçmiş dövlət başçılarına lənət oxuyublar.

Axundlar onu da qeyd ediblər ki, budəfəki mərasimdə keçən ilkindən daha çox dindar iştirak edir:

«Bunun qabağını nə qədər alsalar, bir o qədər də izdiham böyüyəcək. Dünyanın bütün dövlətlərində Aşura təntənəli surətdə keçirilir. Bunun qabağını almağa Allahdan başqa heç kimin cürəti çatmaz».

AŞURA GÜNÜNDƏ POLİS NƏZARƏTİ

Dekabrın 6-da paytaxtın müxtəlif ərazilərini, əhalinin yığışdığı yerləri, məscidlərin ətrafını polis post-patrul xidmətləri nəzarətə götürüb. Polis AzadlıqRadiosuna bu tədbirlərin hər il görüldüyünü bildirib.

Həmin ərazilərdən biri də Şəhidlər Xiyabanı idi. Aşura günündə buraya ziyarətə gələnlər də az deyildi. Onlardan Səbuhi Həşimov deyir ki, «Kərbəla şəhidlərinin ardıcılı olan 20 Yanvar şəhidlərini də yad edirlər. O, ziyarətə getdiyi yerlərdə heç bir məhdudiyyətlə qarşılaşmadığını deyir:

«Biz getdik Mir Mövsün Ağanın ziyarətinə, gördük ki, polislərimiz bizim asayişimizi qoruyurlar. Qadağa olsaydı, polis gələnləri geri qaytarardı».

YARIMÇIQ BİTƏN MƏRASİM

Aşura günündə bir qrup dindar Həzi Aslanov metrostansiyası yaxınlığında bir obyektdə toplaşıb. Mərasim başladıqdan təxminən 2 saat sonra bitib. Tədbirdən çıxanlar bizə danışmaqdan imtina etsələr də, şifahi bildirdilər ki, polis müdaxilə etdiyindən mərasimi yarımçıq bitiriblər. Metrostansiyanın qarşısından tutmuş ta dindarların yığışdığı obyektə qədər ərazilər polisin nəzarətində idi. Müəssisənin içində çəkilişə imkan yaradılmadı. Mərasimə qatılan DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məsələni şərh etməkdən imtina etdi.


Aşura ilə bağlı tədbirlər bir sıra bölgələrdə, Lənkəran və Gəncədə də həyata keçirilib. Bakının mərkəzində bir neçə məsciddə isə könüllü qanvermə aksiyası keçirilib.

Bu il dekabrın 6-sı - Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub.

Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG