Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Aşuradan bir gün əvvəl olanlar, Roma səfəri və uğursuz kitabxanaçının jurnalistliyi


Mətbuat icmalı
Mətbuat icmalı
«MƏSCİDLƏR BAĞLANDI, AXUNDLAR POLİSƏ APARILDI». «Bizim Yol» qəzetinin məqaləsi belə adlanır. Qəzet yazır ki, dekabrın 5-də Gəncədə İmamzadə türbəsinə bomba qoyulması haqda xəbər verilib, polis isə 40 nəfəri həbs edib.

«Dekabrın 5-də polis və xüsusi xidmət orqanları paytaxt da daxil olmaqla ölkənin əksər bölgələrində gücləndirilmiş iş rejimində işləyib. Aşura mərasimlərinin keçiriləcəyi məscidlər, ibadətgahlar ciddi nəzarətə götürülüb, icma rəhbərlərinə xəbərdarlıq olunub, kütləvi tədbirlərin keçirilməsinə isə imkan verilməyib.

Əvvəlki illərdən fərqli olaraq təhlükəsizlik qüvvələrinin dini mərasimlə bağlı ayağa qaldırılması regionda və ölkədə baş verən proseslərlə bağlıdır. Xüsusən İrandan hakimiyyətə ünvanlanan tənqid bəyanatlar, dini qrupları radikallaşdırmaq cəhdləri hakimiyyəti ciddi narahat edib».

İslam Partiyasının sədri Elçin Manafov «Bizim Yol» a deyib: «Məni Nəsimi polisinə aparmışdılar ki, niyə «şuluqluq» edirsiniz, qayda-qanunu «pozursunuz». Hacı Şahini də Məşədi Dadaş məscidindən götürüblər və gecə saat 3-də buraxıblar. Təsəvvür edin ki, Hacı Şahin kimi böyük nüfuz sahibini 2-3 min insanın arasında danışdığı vaxt aparıblar. Bu, açıq-aydın təxribatdır. Bu il təzyiqlər daha çoxdur və Aşura günü də görünəcək.
Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Onsuz da bütün məscidlərin ətrafında polis avtomobilləri dolu olur».

«Yeni Müsavat» qəzeti yazır: «PREZİDENTLİK MÜDDƏTİNİN 7 İLƏ QALDIRILMASINA İCAZƏ VERMƏYƏCƏYİK»:

«Azərbaycan hakimiyyəti ölkədə prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmağı düşünür. Müxalifətin referenduma etirazını səngitmək üçünsə proporsional seçki sisteminin bərpasını da ortaya atmaq fikrindədirlər.

Azərbaycan müxalifəti isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması ilə razılaşmayacaq. ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması antidemokratik addım və Avropa standartlarından tamamilə kənara çıxmaqdır».

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə «JURNALİST MƏNƏVİYYATI VƏ MƏTBUAT ƏXLAQI»ndan yazır. Müəllif təsadüfü adamların mətbuata ayaq aşmasından narazılıq edir:

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov
«Vaxt var idi müxtəlif sahələrin ən istedadlıları jurnalistikaya üz tutar, özləri ilə yeni səs, yeni nəfəs gətirərdilər. Çox təəssüf ki, qəzetçilikdə yaranan müvəqqəti maliyyə çətinlikləri, jurnalistlərin həyat səviyyəsinin aşağı düşməsi bu sahəyə ağıllı və istedadlı insanların axınını dayandırıb. Bu gün daha çox təsadüfi insanlar, hər sahənin uğursuzları qəzetçiliyə üz tuturlar. Uğursuz kitabxanaçı, uğursuz iqtisadçı, uğursuz müəllim, hətta uğursuz çilingər, çoban qəzet redaktoruna çevrilir. Belə vəziyyətdə isə mətbuat əxlaqının saxlanması və qorunması xeyli çətinləşir».

«İTALİYANIN PAYTAXTI AZƏRBAYCANI YENİDƏN KƏŞF EDİB». «Yeni Azərbaycan» qəzeti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliya səfərindən yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG