Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Son gün ərzində Suriyada azı 23 adam öldürülüb


Suriyada təhlükəsizlik qüvvələrilə etirazçılar arasında baş verən son toqquşmalarda azı 23 adam ölüb.

Yerli hüquq müdafiəçiləri Türkiyə sərhəddinin yaxınlığında yerləşən İdlib şəhərində baş vermiş toqquçnalarda 7 əsgər, 5 fərrari və 3 dinc sakin öldüyünü xəbər verirlər.

Homs əyalətində isə 5 dinc sakin öldürülüb.

Ərəb Dövlətləri Liqasının zorakılıqların dayandırılmasıyla bağlı Suriya hakimiyyətinə verdiyi vaxt bu gün sona yetir.

ABŞ, Avropa Bilriyi və Ərəb Dövlətləri Liqası ölkələri Suriya hakimiyyətinə qarşı sanksiyalar tətbiq ediblər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 4 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG