Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:31

Videokameralar 2 qətlin üstünü açıb


Foto: Arxiv
2011-ci ilin 10 ayında «102» xidmətinin imkanları ilə 228 cinayətin üstü açılıb.

Bu barədə dekabrın 3-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi Fuad Bəxtiyarov bildirib.

O deyib ki, videomüşahidə vasitələri ilə bu il 4305 hadisə, o cümlədən 4 min avtomobil qəzası qeydə alınıb. Videokameraların köməyi ilə 2 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emin Şəkinski isə qeyri-aşkar şəraitdə törədilən yol-nəqliyyat hadisələrindən danışıb. O bildirib ki, bu hadisələrin 30 faizdən çoxunun açılmasında texniki vasitələrdən istifadə olunub.
XS
SM
MD
LG