Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

Daşqın qurbanları üçün salınan qəsəbədə işlər dayandırılıb


İmişli rayonunda daşqından zərər çəkənlər üçün salınmış Allahmədətli qəsəbəsində bir müddət əvvəl başlanan təmir işləri yarımçıq saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna qəsəbədə monitorinq aparan «Kür» Vətəndaş Cəmiyyətinin əlaqələndiricisi Oqtay Gülalıyev məlumat verib.

Evlərin isidilməsi də problemdir. Qəsəbə sakini Əlixan Mehdiyev AzadlıqRadiosuna deyib ki, yeni tikilən evdə soyuqdan yaşaya bilmirlər:

«Evləri isidə bilmirik. Soyuqdan da donuruq. Halbuki qəsəbə salınanda, ərazidə mərkəzləşdirilmiş istilik sistemi də tikilib. Soyuqda yaşaya bilmədiyimizdən həyətdə mal-qara üçün tikilən dama, tövləyə köçmüşük. Şəraitsizlikdən bəzi ailələr də qəsəbədən köçüb gedib».

Bir müddət əvvəl AzadlıqRadiosu həmin qəsəbədən reportaj hazırlamışdı. Həmin vaxt Fövqəladə Hallar Nazirliyindən bildirmişdilər ki, nöqsanları aradan qaldırmaq üçün işə başlayıblar. Qəsəbədə işlərin başlanmasını sakinlər də təsdiq etmişdilər. İndi işlərin hansı səbəbdən dayandırılması məlum deyil.

Nazirlikdən AzadlıqRadiosuna deyiblər ki, bu haqda yaxınlarda ictimaiyyətə məlumat verəcəklər.
XS
SM
MD
LG