Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:10

İmişlidə tavanı daman evlər təmir olunur


Kür daşqını qurbanları üçün tikilən evlərin qüsurları
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00
İmişlidə döşəməsi çökən, tavanından daman evlərin təmirinə başlanıb.

Bu barədə AzadlıqRadiosuna Kür daşqınlarından zərərçəkənlər üçün 1 il əvvəl salınan Allahmədətli qəsəbəsinin sakinləri məlumat veriblər.

AzadlıqRadiosu ötən həftə həmin qəsəbədəki problemləri əks etdirən yazı və video vermişdi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) və rayon icra hakimiyyətinin nümayəndələri evlərə baxıblar. Təmir işlərinə başlanması barədə qərar qəbul edilib.

Qəsəbə sakini Xanoğlan Aslanov deyir ki, dağılan döşəmələrin təmiri artıq başa çatdırılıb:

«Qurban bayramına görə işçilər işləmirlər, amma bayramdan sonra onlar evlərin tavanlarını və damlarını təmir edəcəklər».

Allahmədətli qəsəbəsi İmişli-Kürdəmir yolunun 150-200 metrliyində 1 il əvvəl salınıb. Burada 104 ev olsa da, hazırda 40-a yaxın evdə yaşayış var.
XS
SM
MD
LG