Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vilnüsdə görüşü planlaşdırılır


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar MəmmədyarovEdvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək toplantısı çərçivəsində görüşməyi planlaşdırır.

Görüşdə Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jacques Faure'nin (Fransa) də iştirakı gözlənilir.

Tərəflərin həmsədr ölkələrin xarici işlər nazirləri ilə 3+2 formatında görüşü də istisna olunmur.

ATƏT XİN başçılarının iclası 6-7 dekabr tarixlərində Litva paytaxtında keçiriləcək. /apa/
XS
SM
MD
LG