Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:25

Ermənistan əhalisinin 36 faizi yoxsuldur


Foto arxif
Foto arxif
2010-cu ildə Ermənstanda yoxsulluğun səviyyəsi, ölkənin qlobal böhranla üzləşdiyi 2008-ci illə müqaisədə yuxarı olub.

Bu barədə Ermənistan milli statistika idarəsinin hesabatında bildirilir.

Hesabatda 2010-ci ildə 1 milyon 200 min sakinin aylıq maaşa (90 ABŞ dolları) dolandığı bildirilir ki, bu ölkə əhalisinin təxminən 36 faizi deməkdir.

Müxalifətdən olan deputat Armen Martirosyan buna görə hökuməti və bütün dövlət sistemini günahlandırır.

O, yoxsulluğun sosial-iqtisadi siyasətdəki nöqsanlarla bağlı olduğunu deyir.

Hakim partiyadan olan deputat, maliyyə və bücə məsələləri üzrə parlamentdəki komitənin sədri Qairk Minasyan isə bunun qlobal iqtisadi böhranın Ermənistana güclü təsirilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG