Keçid linkləri

2026, 23 Yanvar, Cümə, Bakı vaxtı 02:51

Polis əməkdaşları qəzaya düşüb


Dekabrın 1-də Bakıda yol patrul xidmətinin əməkdaşları avtomobil qəzasına düşüb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində yol patrul xidməti əməkdaşlarını aparan minik avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

İlkin məlumatlara görə, 3 polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda faktla əlaqədar ilkin araşdırmalar aparılır. Qəzada polislər zərər çəkdiyindən hadisə yerinə prokurorluq əməkdaşları da gəlib.
XS
SM
MD
LG