Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:45

ABŞ-ın daha 2 şəhərində etiraz aksiyası dağıdılıb

ABŞ-da Los Anceles şəhərində “Wall Streeti tutaq” aksiyası dağıdılıb.

Minə yaxın polis meriya yaxınlığındakı parkda toplaşan etirazçıları mühasirəyə alıb və parkı boşaltmağı tələb edib. Parkdan çıxmaqdan imtina edən 200-ə yaxın adam həbs edilib.

Filadelfiya şəhərində də polis mərkəzi parkda eyni aksiyanı keçirənləri dağıdıb. 50-yə yaxın adam həbs edilib.

Bütün ölkə boyu bu cür aksiyaları dağıdan polis bunun ictimai sağlamlığın qorunması üçün atılan addım olduğunu bildirir.

“Wall Streeti tutaq” aksiyaçıları ABŞ-da korporasiyaların hökmranlığına, varlılarla kasıblar arasında fərqin artmasına etiraz etdiklərini deyirlər.
This item is part of
XS
SM
MD
LG