Avropa Birliyi Ədliyyə Nazirliyinə 3.7 milyon manat ayırıb. Vəsait hüquqi islahatların dəstəklənməsinə yönələcək.
Məlumatı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi yayıb.
Bu, 15 milyon manatlıq yardım paketinin ilk hissəsidir.
Vəsait Ədliyyə Nazirliyinin təşkilati strukturunun təkmilləşdirilməsinə, yeni Ədliyyə Akademiyasının inkişafına və penitensiar sistemdəki islahatlara sərf ediləcək.
Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Jerome Pons deyib ki, islahat proqramı AB-Azərbaycan münasibətləri baxımından mühüm mərhələdir. Bu, Avropanın qanunun aliliyi və hüquqa verdiyi əhəmiyyəti əks etdirir.