Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:55

AZAL Bakı-Zaqatala və Bakı-Lənkəran aviareyslərini dayandırıb


«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb.

Şirkətdən «APA»ya bildirilib ki, bu marşrutlar üzrə aviareyslər noyabrın 30-dan etibarən 2012-ci il mart ayının 24-dək təxirə salınır:

«Aviareyslərin təxirə salınması bu marşrutla uçan sərnişinlərin az olması ilə bağlıdır. Bu da öz növbəsində mövsümi amillə əlaqədardır. Buna baxmayaraq, reyslərin martın 24-dən daha tez bərpa olunması da istisna olunmur».

Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb.

Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. Perspektivdə aviaşirkət Bakı-Qəbələ marşrutu üzrə də aviareys açmaq niyyətindədir.
XS
SM
MD
LG