Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 00:23

Pakistan Əfqanıstanla bağlı konfransı baykot edir

Pakistan sərhəd bölgəsində 24 əsgərinin ölümünə etiraz olaraq Əfqanıstanla bağlı konfransda iştirak etməyəcək.

Qərar bu gün nazirlər kabinetinin Lohar şəhərində keçirilmiş iclasında qəbul olunub.

NATO qüvvələrinin bu günlərdə Pakistan ərazisindəki nəzarət-buraxılış məntəqəsini vurması nəticəsində 24 Pakistan əsgəri ölüb.

İslamabad buna ölkənin suverenliyi və Əfqanıstandakı beynəlxalq qüvvələrin mandatının pozulması kimi baxır.

ABŞ və NATO insidentə görə üzr istəyib və bunu faciə adlandırıblar.

Dekabrın 5-də Bonda Əfqanıstanla bağlı beynəlxalq konfrans keçiriləcək.
This item is part of
XS
SM
MD
LG