Vaşinqtonda “Cənubi Qafqaz müstəqillikdən 20 il sonra” mövzusunda beynəlxalq konfrans başlanıb.
İki günlük konfransı Sorosun Açıq Cəmiyyət Fondunun qrantı ilə Karneqi Fondu təşkil edib.
Konfransda region üzrə mütəxəssis olan 20-dən çox alim, jurnalist, vətəndaş cəmiyyəti fəalı iştirak edir.
Onlar regionda insan haqlarının, iqtisadi islahatların, medianın təkamülündən, regionun demokratikləşməsində Qərb qurumlarının rolundan danışacaqlar.
Konfrans iştirakçılarından olan britaniyalı jurnalist, tədqiqatçı Tomas De Waal deyir ki, “20 ildən sonra Azərbaycan, Gürcüstan və Ermənistanı keçid dövrünü yaşayan ölkə adlandırmaq olmaz. Bunlar artıq fəaliyyətdə olan suveren dövlətlərdir.
Ancaq sual qalır: Bu dövlətlər Avropanın və Asiyanın demokratik ölkələri ilə müqayisədə nə vəziyyətdədirlər?”
Konfransda ona da toxunulacaq ki, bu 20 ildən hansı dərslər götürülür? Gələcəyə regionun ən yaxşı yolu nədir?