Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

2011-ci ildə körpələrə ən çox verilən adlar açıqlanıb


2011-ci ildə Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adlar müəyyənləşib.

Ədliyyə Nazirliyindən bildiriblər ki, 2011-ci ildə ən çox qoyulan oğlan adı Yusif, ən çox qoyulan qız adı isə Nuray olub.

İl ərzində 1418 yeni doğulan oğlana Yusif, 1201 qıza isə Nuray adı verilib. Oğlan adlarından həmçinin Əli (896), Hüseyn (868), Məhəmməd (610), qız adlarından isə Zəhra (1059), Fatimə (869) və Ayan (544) adları üstünlük təşkil edib. /apa/
XS
SM
MD
LG