Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Azərbaycanda quduzluğa yoluxma halları artıb


Bu ilin 10 ayı ərzində Dövlət Baytarlıq Xidmətinin (DBX) laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 65 nümunə daxil olub.

Onlardan 27-də xəstəlik aşkarlanıb, qalan nümunələrdə isə bu xəstəlik müəyyən olunmayıb.

Bu barədə «APA»ya DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəli deyib ki, əvvəlki illərə nisbətən son 3-4 ildə Azərbaycanda quduzluq xəstəliyi artıb:

«Erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanlar, gəmiricilər sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyaları artıb. Bunun nəticəsidir ki, Goranboy, Ağstafa, Tərtər və digər rayonlarda kənd təsərrüfatı heyvanları, hətta insanlar vəhşi heyvanların hücumuna məruz qalırlar».

Y.Xanvəli bildirib ki, sərhədyanı rayonların bəzi kənd və qəsəbələrində kənd təsərrüfatı heyvanlarının antrabik vaksinlə məcburi peyvənd edilməsi işləri həyata keçirilir.
XS
SM
MD
LG