Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:44

İran Britaniya ilə əlaqələri məhdudlaşdırır


İran parlamenti Böyük Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edib.

Qərar Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq qəbul edilib.

179 deputat sənədin lehinə, 4-ü əleyhinə səs verib, 11 nəfərsə bitərəf qalıb.

Deputatlar Britaniya və digər qərb ölkələrinə qarşı cavab tədbirlərinin müzakirəsini davam etdirirlər.

ABŞ, Böyük Britaniya və Kanada noyabrın 14-də İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatında İranın gizlicə nüvə silahı üzərində işləməsinin ələmatləri olduğu bildirilir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu təkid edir.
XS
SM
MD
LG