Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:36

Noyabrın 27-də Məhərrəm ayı başlayır


Təzə pir məscidi
Təzə pir məscidi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, 1432-ci Hicri-qəməri ili artıq başa çatmaq üzrədir, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının birinci günü Miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.
XS
SM
MD
LG