Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

Gürcü serialları tamaşaçıları qane edirmi?


Foto: Arxiv
Foto: Arxiv
Teleserial kommersiya televiziyalarında özünəməxsus imici olan, eyni zamanda kifayət qədər bahalı layihələrdən biridir. Bəzən də bütövlükdə bir telekanalın reytinqi elə bir serialdan asılı olur. Bunu ssenarist və prodüser Mişa Mşvildadze deyir:
«Bu, televiziyanın ən reytinqli məhsullarından biri hesab olunur. İndiki zamanda seriallar ən reytinqli yayımdır. Realiti-şou bir neçə il əvvəl dəbdən düşüb, onlar indi populyar deyil. Seriallar isə zaman-zaman özlərini saxlayıblar, hazırda da nömrə bir televiziya layihələrindəndir».
Seriallara nəyə görə baxırlar, nəyə görə baxmırlar? Bu suala AzadlıqRadiosunun müxbiri Tbilisi küçələrində, sakinlər arasında cavab axtarır. Sorğu nəticəsində bəlli oldu ki, seriallara baxanlar əsasən yerli gürcü seriallarına üstünlük verirlər:
- «YAXŞI YUMOR VAR, SÜJET İNKİŞAF EDİR SERİALLARDA VƏ BU, ÇOX MARAQLIDIR».
- «Bəzən seriallarda yerinə düşən gürcü zarafatlarına rast gəlirik. Bəzi hallarda bugün baş verən hadisələri göstərirlər və bu hadisələri yumor müşayiət edir. Xaricilərdən isə əsasən latın amerikan serialları verilər, dəhşətdir onlar, baxmıram mən onlara».
- «Serialları ona görə xoşlayıram ki, onlar xeyirxahlığı təbliğ edirlər. Belə də olmalıdır, seriallar insanlara müsbət təsirləri göstərməlidirlər».
- «Seriallar cəfəngiyyatdır, onlar nağılları xatırladırlar mənə. Əksəriyyəti də çox mənasızdır».
- «Öz çağırış və məzmununa görə serialllarda gürcülərə aid heç nə yoxdur. Gürcülərin başqa zövqü var, sanki nəyisə imitasiya etmək. Bəlkə, düz demirəm?»
Yüksək reytinqli Gürcüstan seriallarından biri «Şəhərin ortasında» adlanır. Bu serial artıq 10 sezondur ki, rəqibsiz yayımlanır. İndi orda aktyorları dəyişdiriblər. Sözügedən gedən serial «Gecə şousu» studiyasında çəkilib.

Studiyanın baş meneceri Dato Gogichaishvili Azadlıq Radiosuna müsahibəsində deyib ki, bu serial unikal bir hadisədir. Serialın formatı bir amerikan komediyasından götürülüb, amma eyni zamanda Gürcüstan məişətindən də elementləri özündə əks etdirir:
Gürcüstan. Paytaxtın Rustaveli küçəsi
Gürcüstan. Paytaxtın Rustaveli küçəsi
««Şəhərin ortasında» serialının həm köhnə, həm də yeni sezonları dünya miqyasında unikal olaraq qalır. Biz artıq onun 11-ci mövsüm buraxılışını çəkirik. Bu cür komediyaların ömrü adətən bütün dünyada orta hesabla 3 mövsüm çəkir. Amerikanın «Dostlar» serialı əfsanəyə çevrilmişdi, o serial 11 mövsüm ekrandan düşmədi. Həftədə bir dəfə efirə gedirdi. Biz də hazırda 11-ci mövsüm üzərində işləyirik və həftədə 2 dəfə televiziyaya çıxırıq. «Dostlar»ın 1 seriyası 26 dəqiqə idisə, biz 1 seriyanı 40-45 dəqiqəlik çəkirik. Biz «Dostlar» serialını belə vurub keçmişik».

«CƏMİYYƏTİN REALLIQLARINI BU GÜN SERİALLARDA ƏKS ETDİRMƏK MÜMKÜN DEYİL»
Bundan əlavə, serial insanın asudə vaxtını doldurur və gərginlikdən azad olmaq üçün bir vasitədir. Kino tənqidçi Teo Xatiashvili başqa bir aspekti vurğulayır ki, bugünkü teleməkanda cəmiyyət üçün tabu olan mövzuların müzakirəsi yoxdur:
«Klassik teleseriallar üçün belə qəbul olunub ki, insanların diqqətini çəkən məsələ yeni, bugün baş verən hadisələrə orada vurğu qoyulur. Cəmiyyətin açıq müzakirə etmədiyi, tabu qoyulan mövzuların öhdəsindən teleseriallar müvəffəqiyyətlə gəldi. 80-ci illərdə Amerika və İngiltərə serialları elə mövzulara toxunurdular ki, onları filmdə azad müzakirəyə çıxara bilmirdilər. Bu baxımdan, yaxşı olardı ki, gürcü serialları da mühafizəkar çevrənin dünyagörüşünə təsir edə bilsin. Təəssüf ki, bu əlaməti mən hələ ki müşahidə etmirəm».
Ssenarist və prodüser Mişa Mshvildadze hesab edir ki, Gürcüstanda yerli teleserialların hansı səviyyədə olmasını müəyyənləşdirmək hələ ki tezdir:
«Təəssüf ki, Gürcüstan cəmiyyətinin reallıqlarını bu gün seriallarda əks etdirmək mümkün deyil. Çünki ekrandan tamaşaçının üstünə homofobiya, ksenofobiya və başqa zir-zibil kütləsini ata bilmərik. Bizim qrup bəzən serialı elə formatda çəkməli olur ki, bəzən hansısa dəyər yaratmaq məcburiyyəti hiss edirsən. Halbuki bu janra uyğun deyil».
Ümumilikdə gürcü teleseriallarının iki tipi var: detektiv və situativ komediya. Onlardan bəzilərinin necə başa çatmasını xatırlamaq da çətindir. Amma aydındır ki, Gürcüstan teleseriallarını həm tələb, həm də təklif kimi qiymətləndirmək olar.
Hazıra gürcü milli televiziyaları yeni serialların anonslarını verir. Ssenarist-prodüser Mişa Mshvildadze deyir ki, Gürcüstanda seriallar tamaşaçıların istəklərini, maraqlarını və televizora baxma intensivliyini araşdırıb bir nəticəyə gəldikdən sonra çəkilir.
XS
SM
MD
LG