Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:36

Məhəmməd Peyğəmbər haqqında film çəkilib


Video araşdırmada peyğəmbərin Xədicə ilə nikahından da söz salınıb



BBC kanalı Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən sənədli serialın nümayişinə başlayıb. Britaniyanın ictimai televiziyası ilə efirə verilən "1,5 milyard İslam aləminin Peyğəmbəri" adlanan sənədli film 3 hissədən ibarətdir.

Filmin ilk səhnələri peyğəmbərin doğum yeri olan Məkkənin təsviri ilə başlayır. Serial boyunca Məhəmmədin Ərəbistandakı həyatı tarixi cəhətdən araşdırılıb və bədii formada təsvir edilib. Filmdə ümumilikdə Məhəmməd Peyğəmbərin Məkkə və Mədinədə keçdiyi yola nəzər salınır.

Video araşdırmada həmçinin peyğəmbərin Xədicə ilə nikahından da söz salınıb. Serialda Məhəmmədin ilk dəfə səs eşitməsi səhnələri də çəkilib. Lakin İslam adətlərinə uyğun olaraq peyğəmbərin üzü göstərilmir.

Filmin rejissoru Faris Kermani, aparıcısı Rageh Ömərdir. Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Suriya, ABŞ, İordaniya və İngiltərədə çəkilən sənədli filmdə İslam alimlərinin, tanınmış mütəxəssislərin müsahibələrinə də yer verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG